“Heç Brilliant əkizləri tanımır”
- 21-12-2018, 14:33
- 1 513
Bu sözləri xalq artisti Brilliant Dadaşovanın bacısı müğənni Lalə Dadaşova “Səhər-Səhər” proqramına qonaq olarkən deyib. O, verilişə Sevil və Sevinc Səfərovaların bacısı barədə verdiyi açıqlamaya münasibət bildirib:
“Bunlar kimdir ki, Brilliant xanım cavab versin? Onun ayağı bilənini, əkizlərin heç başı bilmir. Siz kimsiz ki, onun adını çəkirsiz? Onun adını çəkən olsa qarşısında məni görsün. Heç Brilliant onları tanımır. Mən bilirəm ki, hansı yollarla onlarla danışacam, özünüzü yığışdırın! Bu nə paxıllıqdır?”
Qeyd edək ki, Sevil- Sevinc Brilliant Dadaşovanın şəxsiyyət vəsiqəsində yaşını azaltdığını demişdilər.