Zöhrə Abdullayeva: "Oğlumdan sonra..."

Şou-Biznes

Əməkdar artist Zöhrə Abdullayeva doğum günü münasibətilə onu təbrik edənlərə cavab verib.
Müğənni oğlundan sonra doğum gününü qeyd etmədiyini bildirib:

"Məni yad edib, təbrik edən dostlarıma minnətdaram. Zatən oğlumdan sonra doğum günümü, ruhumu və səsimi onunla bərabər dəfn etmişəm".

Qeyd edək ki, Z.Abdullayevanın 46 yaşlı oğlu beyin xərçəngindən vəfat edib.