Mağaza İlahədən şikayət etdi: "Geyim alıb, pul verməyib"

Şou-Biznes

Müğənni İlahə İbadova ilə bağlı sosial şəbəkədə şikayət yayılıb.
Bir geyim mağazasının səhifəsi sənətçinin onlardan mal alıb, pulunu ödəmədiyini qeyd edib.
Səhifədə "250 manatlıq malı alıb aradan çıxan və sonunda haqqımı tələb etmək istədiyim üçün məni polislə şantaj edən, xalqın bu səviyyəyə çatdırdığı insanlar" kimi sözlər yazılıb.