Şeyma evlənsə, Acun ona pul verməyəcək - Protokol açıqlandı
- 28-11-2018, 11:38
- 1 472
Şeyma hazırki yaşadığı evdən çıxaraq yeni alınacaq mənzilə köçəcək. Cütlüyün 5 yaşlı qızı Melisanın qəyyumluğu anasına veriləcək. Acun Subaşına 115 min TL yoxsulluq, Melisaya, əvvəlcə 10 min TL aliment verəcək. 29 yaşlı Subaşı evlənərsə, 115 minlik aliment ləğv olunacaq.
Bundan əlavə, hər iki tərəf ailə münasibətləri barədə TV , radio, sosial şəbəkələrdə məlumat verməyəcək. Acun və Şeyma protokol xaricində bir-birinə maddi və mənəvi təzminat tələb etməyəcəklər. Melisanın təhsillə bağlı bütün xərcləri Ilıcalı tərəfindən qarşılanacaq.