Fərda ilə Kənan arasında qonorar söhbəti: - "Narazıçılıq yarandı"
- 3-03-2017, 12:30
- 1 708
F.Xudaverdiyev açıqlamasında məsələyə aydınlıq gətirib. O, rejissordan yüksək qonorar tələb etmədiyini söyləyib:
“Kənanla aramızda bir anlaşılmazlıq oldu. Dostumdur, qardaşımdır, amma bu qonorar söhbəti çox böyüdüldü. Mənim istədiyim qonorar dedikdə, burada çox cüzi bir məbləğdən söz gedir. Bunu xarici ölkədəki aktyorların aldığı maaşla müqayisə etmədən deyirəm. Həqiqətən də narazaçılıq kiçik məbləğdən yarandı”.
F.Xudaverdiyev “Selfinaz” şousundan sonra qonorarınızı artırmısınız” sualına belə cavab verib:
“Çoxlu film təklifləri alrıam. Amma içərisindən ən sərfəlisini seçməyə çalışıram. Eyni zamanda da ssenari yaxşı olmalıdır. Qonorarla bağlı gözləntilərim çoxdur, amma hələ özünü doğrultmayıb. Mən qonorar olmayanda da çalışmışam”.