Qənirə Paşayeva: Musiqidən başı çıxanlar Üzeyirə qulaq asmaz

Şou-Biznes

Millət vəkili Qənirə Paşayeva ötən gün “Onda başladıq” proqramında qonaq olub.

Kamran Həsənlinin aparıcı olduğu verilişdə televiziyalar və musiqimizdən söz açan Paşayeva müğənni Üzeyir Mehdizadəyə qulaq asanları qınayıb:

“Professional musiqidən bir şeylər öyrənən insan Üzeyir Mehdizadəyə qulaq asmaz. Biz uşaq vaxtı musiqi dərslərinə gedirdik, zövqümüz formalaşırdı. İndi də belə məktəblərin bölgələrdə fəaliyyətinin gücləndirilməsinə ehtiyac var”, - deyə millət vəkili bildirib.