Tatlıses təhdid edilir - “Oğlunu ödürəcəyik…”

Şou-Biznes

Türkiyəli müğənni İbrahim Tatlıses polisə müraciət edib. Sənətçi 28 iyun tarixində oğlunun və özünün albomunu hazırlayan “Esen Müzik”də olub.

Həmin zaman ofisə zəng gələrək “İbrahim Tatlısesin oğlu İdonu ödürəcəyik” deyilib. Bundan narahat olan Tatlıses polisə müraciət edib və oğlunun təhlükəsizliyinin qorunması üçün tədbirlər görüb.

O, müraciət etdiyi ərizədə oğlanları İdo və Ahmet Tatlısesin dəfələrlə təhdid olunduğunu bildirib.