Damlanı təhqir edən Elza Seyidcahana efir qadağası qoyuldu

Şou-Biznes

Əməkdar artist Elza Seyidcahan ARB-nin "Səhər-səhər" verilişində qonaq olarkən gənc həmkarı Damla ilə bağlı söylədiyi təhqiramiz fikirlərə aydınlıq gətirib.

Sənətçi bu fikirlərində haqlı olduğunu sübuta yetirməyə çalışıb:

"Bəstəkarlar İttifaqının üzvüyəm, musiqidən başım çıxır. Bəstəkaram və tənqidi fkirlər söyləməyə haqqım çatır. Həmin verilişdə o xanım deyil, bu cür oxuyan başqa müğənni də olsaydı, şəklini cırıb atacaqdım. Xahiş edirəm, o müğənninin adını çəkməyin. Bəli, mənim evimdə əşyalarım belə o mahnılara qulaq asa bilməz. Mən demişəm ki, itim-pişiyim o mahnıları dinləmir, it-pişik də canlı heyvandır".

Sənətçi anasının ona efirlərə getməyə qadağa qoyduğunu da bildirib:

"Mən bu verilişə də gəlməyəcəkdim, çünki anam mənə efirə çıxmağa qadağa qoyub. Düz edir, çünki məni çağırıb hansısa müğənni barəsində sual verirlər, səhəri gün həmin müğənnini otuzdurub verilişlərində tərifləyirlər".