“Məni camaat istəyib” – Rəqsanə

Şou-Biznes

Müğənni Rəqsanə İsmayılova ARB TV-nin “Səhər-Səhər” verlişinə qonaq olub.

Müğənni sənətə hansı əziyyətlərlə gəldiyindən danışıb:

“Mən bir söz demək istəyirəm. Mən sizi gördüm çox sevindim. Artıq 2 ilə yaxındır ki, Azərbaycanda yoxam. 2 həftə ərzində bütün verlişlərə səhhətimlə bağlı yox deyirəm. Hər kəsə can sağlığı arzulayıram, Allah tutduğunuz bütün orucları qəbul etsin. Mən sənətə çox böyük əziyyətlərə gəlmişəm. Mənim arxamda nə atam, nə qardaşım nə də ki, mənə pul buraxan insan olub. Mən sənətə dişimlə, dırnağımla gəlmişəm. Mən həmişə demişəm ki, mən camaatın Rəqsanəsi olmuşam. Məni camaat istəyib”.