75 kiloqram arıqlayan Zorik tanınmaz halda - fotolar

Şou-Biznes

Klipmeyker Zöhrab Ağayevin (Zorik) yeni görünüşü hər kəsi təəccübləndirib.

160 kiloqram çəkisi olan rejissor xeyli arıqlayıb.

Zorik bildirib ki, hazırda çəkisi 85 kiloqramdır:

“İndi şəkillərimi fəxrlə paylaşıram. Belə bir nailiyyəti nəinki Azərbaycanda, heç dünyada da əldə edən olmayıb. Amma mən arıqlamağı bacardım”.

Zorik pəhriz və idmanla 75 kiloqram çəki atdığını bildirib.