İbrahim Tatlısəs İstanbulu birdəfəlik tərk edir
- 4-04-2018, 13:25
- 1 694
Müğənni bundan sonra ancaq İzmirdə yaşamaq istəyir. Bu məqsədlə isə, Tatlısəs Seyrantəpə səmtindəki şirkətinin binasını satışa çıxarıb. Bina üçün isə 15 milyon dollar tələb edilir.
Tatlısəs əldə etdiyi pul ilə İzmirdə otel açıb turizm işinə geri qayıtmaq niyyətindədir. Müğənni eyni binadakı “Tatlıses Kebap” restoranını da başqa yerə köçürmək istəyir.