Maral Tahirqızının ailəsində faciə
- 21-02-2018, 13:02
- 1 323
xalqxeber.az xəbər verir ki, bu barədə sonxeber.az saytına ifaçı özü məlumat verib. Onun sözlərinə görə, bacısı Leyla xanım həkim səriştəsizliyi nəticəsində komaya düşüb:
"Bacım Leyla Gülməmmədova revmatizmdən əziyyət çəkirdi, oynaqlarında şiddətli ağrılar olurdu. Bakının məşhur klinikalarından birinə apardıq, müalicə almağa başladı. Amma təəssüf ki, xəstəxanada o qədər iynə-dərman elədilər ki, ayağı inkişafdan qaldı. Bacım həkim səhlənkarlığının qurbanı oldu. Qəfil halı pisləşdi və reanimasiya şöbəsinə yerləşdirdik. Bizə xəstəxanadan dedilər ki, o sağalacaq. Reanimasiyada yatanda ağzından da su gəlirdi. Həkim onun dişini çəkdiyini bizdən gizlətmişdi. Komada yatan adamın dişini çəkərlər? 13 gün reanimasiyada yatdı və dünyasını dəyişdi".