Efirdə qalmaqal: Şəbnəm Tovuzlu mənə 208 manat borcludur – VİDEO
- 16-02-2018, 14:17
- 6 507
Verilişdə qonaq olan Şəbnəm Tovuzluya görə studiyaya zəng gəlib.
Proqrama bağlanan Səadət xanım adlı tamaşaçı Tovuzludan dörd il bundan əvvəlki borcunu tələb edib. O bildirib ki, Şəbnəmin ona 208 manat borcu olub:
“O Şəbnəm var e, Tovuzlu, ona de ki, 4-5 il bundan əvvəl Bakıxanov qəsəbəsində əvvəlki ərindən olan qızını saxlayan qadın vardı. Həmin qadına Şəbnəmin 208 manat borcu vardı.
Onun 40 manatını Tovuzda, “pavarotda” yanındakı ağdamlı kişidən alıb verdin, bəs o pulun qalanını nə vaxt qaytaracaqsan? Dedin ki, yerdə qalan 168 manatı da Bakıda verəcəm. Dörd ildir o pulu vermir”.
Şəbnəm Tovuzlu qadını xatırladığını deyərək onun indiyədək müraciət etməməsinə əsəbiləşib:
“Sizə çox ayıb olsun ki, ağbirçək qadınsınız. İndiyədək mənə “Instagram”dan yaza bilərdiniz. Bu Şəbnəm sizə 4-5 min xeyir verib. Oradan “O Şəbnəm var e” deyə ifadə işlədirsiniz, ayıb deyil? Gəlsin, “Xəzər”in qarşısına mən o pulu verərəm”.