Xatirə ərindən boşanıb – İDDİA
- 30-01-2018, 10:30
- 2 113
Bu məqamda Xatirənin boşanma iddiasını gücləndirən bəzi detalları nəzərinizə çatdırırıq.
Xatirənin mətbuata verdiyi, iddianı gücləndirən suallarla dolu açıqlamalar:
22.12.2017: “Bir neçə arzum reallaşdı. Nə olduğunu açıqlamayacam. Mənə və ailəmə aid idi. Arzularımın reallaşması məni sevindirdi. Qəşəng il oldu”.
“Xəzər maqazin” proqramı:
– Həyat yoldaşınız geyimlərinizə qarışır?
– Ümumiyyətlə, özümə aid olan suallara cavab verirəm, bura başqa adamları qarışdırmayaq.
Sosial media yalnızlığı...
Xatirənin sosial media hesabında həyat yoldaşı ilə üç aydan çoxdur foto paylaşmaması da diqqətdən yayınmayıb. Onların sonuncu fotosu oktyabr ayında paylaşılıb.
Fəxrəddinsiz ad günü...
Dünən gecə yeni yaşına qədəm qoyan Xatirənin yanında həyat yoldaşı Fəxrəddinin olmaması iddianı bir daha təsdiqləyib.
Qeyd edək ki, cütlük 11 iyun 2012-ci il tarixində evlənmişdi. Onların Emil adlı bir oğlu var.