XalqXəbər.Az

www.XALQXEBER.az » Şou-Biznes » Bakıda polislər aparıcıya görə səfərbər oldu

Bakıda polislər aparıcıya görə səfərbər oldu

Bakıda polislər aparıcıya görə səfərbər oldu
25-01-2018, 11:27

Bir müddət öncə ATV-dən çıxarılan aparıcı Azər Zahid çəkiliş apararkən polis əməliyyat keçirib.
Hadisə “Dərnəgül” metrostansiyası yaxınlığında, Azər Zahid bahalı avtomobillərlə test edərkən baş verib.
Belə ki, avtomobillərin müqayisəsi və gücü yoxlanılan zaman polis çəkiliş aparılan ərazidə avtoxuliqanlıq olduğunu düşünüb. Bu barədə Azər Zahid özü məlumat verib:
“Biz xüsusi eksperiment etdiyimiz zaman “Dərnəgül” metrostansiyası yaxınlığındakı polislər təhlükəsizliyimizi qorumaq üçün gəldi. Əvvəlcə zənn ediblər ki, burada kimsə “avtoşluq” edir. Elə biliblər ki, burada iki avtomobil yarışır. Sağ olsunlar. Görün nə qədər polis maşını gəlib. Yaxşı ki, “avtoşluq” etmirik”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.