Məşhurlar Heydər Əliyevdən yazdı - “Çox darıxmışıq…”
- 12-12-2017, 10:40
- 1 382
Ulu öndəri ananlar sırasında Azərbaycanın tanınmış incəsənət nümayəndələri də var. Onlar rəsmi instaqram hesablarından Heydər Əliyevlə bağlı görüntülər paylaşaraq anıblar.
Xalq artisti Mələkxanım Əyyubova: “Ulu öndər, Allah rəhmət eləsin”.
Xalq artisti Firəngiz Mütəllimova:
“Azərbaycanın ən dəyərli, qiymətli və əvəzolunmaz sərvəti, ulu öndərimiz! Dünyanın ən güclü insanı. Allah rəhmət eləsin. Nurlar içində yatasan”.
Xalq artisti Məleykə Əsədova:
“Qoy eşitsin bütün dünya, sən əbədi prezidentsən. Dədə Heydər, xalqım üçün seçdiyin yol əbədidir. Allah ruhunu şad etsin. Hər zaman qəlblərdə yaşayacaqsan. Sənin üçün çox darıxmışam”.
Xalq artisti Nazpəri Dostəliyeva:
“Qəlbi hər zaman Azərbaycan ilə döyünən gözəl insan, müasir ölkəmizin memarı olan Heydər Əliyevin anım günüdür”.
Xalq artisti Faiq Ağayev: “Zaman amansızdır. Artıq 14 il keçib. Dahi, ruhun şad olsun”.
Bundan başqa, xalq artisti Fidan Hacıyeva, əməkdar artistlər- Ədalət Şükürov, Mətanət İsgəndərli, Manana Caparidze, Röya Ayxan, müğənnilər- Gülay Zeynallı, Günay İbrahimli və başqa tanınmış şəxslər ulu öndəri anıblar.