50 illik fanatından polisə şikayət etdi
- 28-11-2017, 11:25
- 1 375
F. Girik çalışdığı məkanlara, studiyalara gələn şəxsin onu gizli təqib etdiyini söyləyib. Həmin pərəstişkarın aktrisanın Bodrumdakı evinə belə gəldiyini qeyd edib.
Aktrisa xəstəxanada müalicə alan zaman fanatının gizli şəkildə ora gəldiyini, gözünü açan zaman həmin şəxsin qarşısında gördüyünü deyib. Girik şikayət ərizəsində yazıb ki, pərəstişkarı ona bir məktub qoyaraq xəstəxanadan çıxıb. O, 50 ildir ki, rahatlığını pozan şəxsin cəzalandırılmasını tələb edib.