Konçita yenidən kişi olmaq istəyir

Şou-Biznes

Daha çox Konçita Vürst kimi tanınan avstriyalı müğənni Tom Noyvirt öz səhnə obrazı ilə vidalaşmaq istədiyini bəyan edib.

Bu barədə Die Welt nəşri yazır.

“Mən onu öldürməliyəm”, - musiqiçi deyib.

Konçitanın sözlərinə görə, son vaxtlar onun kişi tərəfi israrla özünü hiss etdirir.

“Mən axtarışdayam, özümü axtarıram. Hazırda heç vaxt olmadığı kimi özümdən şübhələnirəm. Tom isə üsyan edir”, - Noyvirt əlavə edib.