Ramiz Zeynalovun təntənəli çıxışı və yenədə cavabsız qalan suallarımız
- 17-11-2017, 10:22
- 2 583
Daxili İşlər Naziri cənab Ramil Usubovun apardığı islahatlar və vətəndaşın polisinə güvənməsi yönündə atdığı addımlara qarşı, qəbul edilən qərarlara biganə yanaşılmasının əsil səbəbləri açıqlanmayıb. Heç kəsə sirr deyil ki, Azərbaycanda fəaliyyət göstərən DYP, PPX daxil olmaqla DİN-nə məxsus olan qurumlar məhz Ramil Usubovun əmrini sorğusuz sualsız icra etmək məhsuliyyəti daşımaqdadırlar. Bu belə olduğu halda Bakı şəhər Dövlət Yol Polis isdarəsinin yüksək rütbəli şəxsinin qanunda nəzərdə tutulan qərarların əksi olaraq şifahi şəkildə verdiyi qərar necə icra edilib. Qanunun yol vermədiyi addımı Malik İbrahimov necə icra etdirə bilib. Bir vətəndaş olaraq bizidə maraqlandıran suallarımız var bu sualların cavabını niyə ala bilmirik görəsən?
R.Zeynalov əslində Malik İbrahimovun qanunsuz verdiyi bu qərarın kimlərin xeyrinə hansı şəxslərin qazanc əldə etdiyinin sorğu sual etməməsi hələdə sürücülərdə narahatçılıq keçirməsinə səbəb olur. Bu halın yenidən təkrar olunmayacağına isə heç bir zəmanət verilməyib.
- Mator gücü 6.3 olan “Gelandewagen” əgər bu avadanlıqlar qadağandırsa, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bu avtomobilləri necə qeydiyyata alıb?
- Bu avtomobillərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən şəhadətnamələr qanunsuz olaraq verilib?
- Ümummillikdə BŞDYP idarəsinin atdığı addım BDYP idarəsinin verdiyi qərarların təqzib etmirmi?
Redaksiyadan: Yazıda adı keçən şəxs və qurumların mövqeyin dinləməyə hazırıq.
Bakunews.az