“Məni 5-ci sinifdə nişanladılar” - Dostəliyeva

Şou-Biznes

Xalq artisti Nazpəri Dostəliyevanın bacısı, müğənni Zeynəb Dostəliyeva “Səhər- səhər” verilişinin qonağı olub. xalqxeber.az xəbər verir ki, ifaçı proqramda hər kəsi təəccübləndirəcək açıqlama verib.

O, 5-ci sinifdə oxuyarkən nişanlandığını bildirib:

“Böyük qızım təzə olmuşdu. 1 yaşı var idi, onunla görüşürdüm.Elə evləndikdə…Bu, ikinci evliliyim oldu. Birinci evliliyim alınmadı, əmim oğlu idi.

Uşaq idim,məni 5-ci sinifdə nişanladılar. 5 il nişanlı qaldım. Çox yaxşı insan idi. Sakit və mehribandır. Mənə çəkinəcəyim insan lazim idi”.