Aysel Əlizadə: "Elə kişiyə gedərəm ki, hər şeyimi təmin etsin"
- 11-10-2017, 10:21
- 69 327
Bunu "ARB Ulduz"un "Şou məkan" verilişinin qonaq olan müğənni Aysel Əlizadə deyib.
O, insanın sevgisiz yaşamadığını bildirib: "İnsan sevgisiz yaşaya bilməz. Bu şərt deyil ki, qarşı tərəfdə mütləq kimsə olmalıdır. İnsanın həyatda sevdiyi şəxs olmalıdır. Onun üçün özəl olmalıdır, onun üçün yaşamalıdır. Bu, önəmli hisslərdir. O yoxdursa, insanın həyatda zövq alacağı nəsə olmalıdır. İnsan yaxınını, doğmasını da sevə bilər. Onların sevgisiylə də yaşaya bilər".
Aysel Əlizadə günlərlə ac qaldığını da etiraf edib: "Bu gün çox yemişəm. Bundan sonra 2-3 gün yeməyə ara verəcəm. Ürəyim bu gün dəhşətli dərəcədə yemək istədi. Paxlava yemişəm, plov yemişəm, halva yemişəm. Hamısı da ki kaloridir. Artıq sabah, birisi gün yemək yeməyəcəm. İdmanla məşğul olacam. Əvvəllər yarım saat qaçırdımsa, indi 1 saat qaçacam".