“...Söhbət xırt kəsildi” - Faiqdən Röya açıqlaması
- 9-10-2017, 10:32
- 57 155
Bu sözləri xalq artisti Faiq Ağayev “Zümrüd və Suat” şousunda deyib. Müğənni ötən həftə əməkdar artist Röya Ayxan ilə yaşadığı qalmaqala münasibət bildirib.
Ağayev illərdir ki, qalmaqallarla üzləşdiyini bildirib:
“Mən bu sənətə mübariz bir insan kimi gəlmişəm. Bu qalmaqallar 2008-ci ildən sonra, xalq artisti adını aldıqdan sonra dayandı. Anladım ki, hər deyilən sözə reaksiya vermık düzgün çıxmır. Son vaxtlar isə mən heç nə deməmişdim. El misalı var- “Sözünü de, sahibi götürəcək”. İndi o sözü necə götürdüsə, xoşagəlməz bir hadisə yaşandı. Gördüyünüz kimi, söhbət xırt kəsildi”.