Azərbaycanlı müğənninin oğlu ağır vəziyyətdədir

Şou-Biznes

Meyxanaçı-müğənni Samirə Yusifqızının oğlunun başına iş gəlib.

Bu barədə sənətçi özü məlumat verib.

O bildirib ki, 30 yaşlı oğlunun vəziyyəti ağırdır: "Hovuza tullanmaq istəyəndə onu itələmişdilər, başı dəymişdi, qapalı kəllə-beyin travması almışdı. Kəllə sümüyü çıxarıldı. İki aydan sonra yenidən əməliyyat olunacaq. Kəllə sümüyü yerinə qoyulacaq. Əməliyyat üçün maddi baxımdan heç kimə müraciət etməmişəm. Bunu özümə sığışdıra bilmirəm”.