Ebru Gündeş Bakıda toya gəldi
- 20-09-2017, 09:46
- 39 061
Aytac və Emin cütlüyünün toyu Bakının məşhur restoranlarından birində baş tutub.
Gündeş məclisdə türk mahnıları ilə yanaşı repertuarına Azərbaycan musiqiləri də əlavə edib. O, toyda “Daşlı qala”, “Olmaz olmaz” kimi nəğmələrimizi ifa edib.
Ebru 5 milyonluq instaqram səhifəsində toydan çəkilən görüntüləri paylaşıb.
Qeyd edək ki, toyun sahibinin kimliyi məlum deyil.