“5 yaşında nəvəm var” - Roza Zərgərli
- 12-09-2017, 16:48
- 55 793
Məlumata görə, bu sözləri müğənni Roza Zərgərli ARB TV-nin “Günə davam” proqramında deyib.
Övladlarından danışan sənətçi bildirib ki, dörd övladı var:
"Əslində mənim 4 övladım var. 3 övladım uşaq evindən götürülüb, kiçik oğlum hələ də uşaq evindədir. Bir müddət sonra bizimlə bərabər olacaq. Çünki bu çox çətin prosesdir. Sənədləşdirmə işləri edilməlidir. Böyük qızımın 25 yaşı var. 5 yaşında övladı var. Adı Natavandır. Nəvəm də var".
Aparıcının "3 uşaq götürməyi necə qərara aldın" sualına müğənni belə cavab verib:
“Çox adam indi deyəcək ki, piardı, reklamdı, əsla bu belə deyil. Piar etsəydim elə bunları körpəlikdən götürəndə, o gündən piar edərdim. Bənövşənin 3 yaşı olanda böyük qızımı götürdüm. Doğma övladım Bənövşədir. O zaman böyük qızımı götürəndə onun 12 yaşı var idi.
Mən övladlığa uşaq götürəndə Ancelina Coli hələ övladlığa uşaq götürmürdü. Mənim əkiz övladım olub. Bənövşə və 1 oğlan. Oğlan rəhmətə gedib. Mən böyük oğlumu setdə görmüşəm. Çox istedadlı 1 gəncdir. Onu görəndə mən ilk andan düşündüm ki, bu mənim oğlumdur. Çünki mənim oğlum sağ olsaydı, belə olardı. Kim də bunu qeyri-səmimi qəbul edərsə, bu onun qəlbinin qeyri-səmimiliydir”.