Şəhriyar Əbilov və dostu polis əməkdaşları tərəfindən cərimələndi

Şou-Biznes

Tanınmış aparıcı, aktyor Şəhriyar Əbilov və dostu “99- KK-610” dövlət nişanlı, “Niva” markalı avtomobillə Bakı-Ələt yolunun 48-ci kilometrliyində yol hərəkəti qaydalarını pozub.

Teleaparıcı bu barədə sosial şəbəkədə məlumat yayıb.

“Bizim polislərin gözündən heç nə qaçmır. Bu şəklə görə təşəkkürümüzü bildiririk. Özü də “Instagram”da “Stories” bölməsi üçün görüntü çəkən yerdə”, - deyə o paylaşımında bildirib.

Hadisə Lənkərana toya gedərkən baş verib.