“3 övladımı uşaqlar evindən götürmüşəm” - Roza Zərgərli
- 30-08-2017, 15:36
- 150 931
Bu sözləri “Show time” verilişinə açıqlamasında müğənni Roza Zərgərli deyib.
O bildirib ki, bu haqda çox danışmağı sevmir:
“4 uşaq böyütdüyümə görə qürur duyuram. Bunu heç bir zaman efirdə reklam etməmişəm. Sadəcə “Sibir çiçəyi” adlı kitabımda bu barədə yazmışam, siz də bu məlumatı orada oxuduğunuza görə mənə sual verdiniz.
İlk dəfə də burada açıqlayıram, 3 üşağımı bioloji olaraq mən dünyaya gətirməsəm də, doğma qızımdan onları seçmirəm. Onlar mənim canım, qanım, hər şeyimdir”.