Şəhərdə yeni istirahət məkanı – BEER GRAD PUB fəaliyyətə başladı
- 29-11-2025, 11:50
- 9 028
Yeni məkanın əsas məqsədi gənclər və şəhər sakinləri üçün rahat, dostyana atmosfer yaratmaq, keyfiyyətli pivə növləri və ləzzətli qəlyanaltılar təklif etməkdir. Açılışda iştirak edən qonaqlar yüksək servis, müasir interyer və musiqili proqramdan məmnun qalıblar.
Məkan rəhbərliyinin sözlərinə görə, BEER GRAD PUB şəhərin sosial həyatına yeni nəfəs gətirməyi, həm yerli, həm də xarici pivə sevərlərin sevimli məkanına çevrilməyi hədəfləyir. Gələcəkdə pub-da müxtəlif tematik gecələr, canlı musiqi axşamları və xüsusi tədbirlərin keçirilməsi planlaşdırılır.
BEER GRAD PUB həm dostlarla istirahət, həm də xoş axşam keçirmək istəyən hər kəsi qonaq olmağa dəvət edir.