“Şəhərə çıxın, millət lüt gəzir…” - Nadirdən tənqidlərə cavab

Şou-Biznes

Bir neçə gün bundan əvvəl instaqramdakı hesabı haker hücumuna məruz qalan Nadir Qafarzadə sosial şəbəkəyə qayıdıb.

İfaçı 274 minlik səhifəsində istirahət zamanı çəkilən şəkillərini paylaşıb.

Müğənninin hovuz kənarındakı fotosu isə izləyicilərin müzakirəsi ilə nəticələnib. İnstaqram istifadəçiləri Qafarzadənin bu görüntüsünü birmənalı qarşılamayıb.

Nadir daha sonra tənqidi şərh yazanlara bir-bir cavab verib. O, “Ağzınız şirin olsun, nə gözəl qarğış edirsiz?”, “Zəhmət olmasa şəhərə çıxın, millət lüt gəzir” kimi rəylər yazıb.