“Çox bahalı və ağrılı əməliyyatdır” - Şahinin xanımı

Şou-Biznes

“Sizin dualarınıza çox ehtiyacımız var. Şahinin xəstəliyinin çox pis formada qayıtmasına görə, ağır kimyaterapiya kursuna başlayırlar”.

Bu sözləri rejissor Şahin Zəkizadənin həyat yoldaşı, eks-model Səbinə Zəkizadə bildirib.

O, xərçəng xəstəliyinə yoluxan rejissor üçün donor axtarışındadırlar:

“Bu kurs müalicənin uğurlu bitməsi üçün dua edirik. Çünki bundan sonra mütləq əməliyyat olunmalıdır, ilik köçürülməlidir və uğurlu donor tapılmalıdır. Bu isə çox bahalı və ağrılı əməliyyatdır. Allah bizə kömək olsun. Bu çətin yolda dualarımızı qəbul etsin.

Seyid Əli gözü yolda qalmasın. Atasının Əli üçün arzuları o qədərdir ki... Gələcək planları onunla həyata keçsin. Şahin övladları Əli və Fatimə üçün çox darıxır”.