Tanınmış aparıcı “Qarabağ” vədinə xilaf çıxdı

Şou-Biznes

Hər kəsin həyəcanla gözlədiyi “Kopenhagen” -“Qarabağ” qarşılaşmasından əvvəl azarkeşlər maraqlı jestlər edib, komandamızın qələbəsilə bağlı vədlər verirdilər.

Onlardan biri də tanınmış aktrisa, teleaparıcı Mələk Heydərova idi. O bildirmişdi ki, “Qarabağ” udsa, ərə gedəcək.

Oyundan sonra hamı ona bu sualı ünvanladı: Vədinə əməl edəcəkmi?

M.Heydərova açıqlamasında bildirib ki, sevdiyi yoxdur, ancaq dünəndən xeyli insan ona evlənmək təklifi edib: “Dünəndən bütün Bakı mənə evlilik təklifi edir. Ancaq içində bir fərlisi yoxdur. Hələ baxıram, kim xoşuma gəlsə, ürəkli olsa, yaxşı addım atsa, ən bahalı brilliant alsa, ona da gedəcəm.”