Mehriban Kərimi yenidən məhkəməyə verir: "İçəridə yatmasını istəyəcəm"

Şou-Biznes

"Kərim Abbasovu yenidən məhkəməyə verib, onun həbsini istəyəcəyəm. Bu dəfə etdiyi ona baha başa gələcək".
Bu sözləri əməkdar artist Mehriban Xanlarova açıqlamasında deyib:
"Yenidən şəklimi yayıb, fakt göz qabağındadır. Birinci məhkəmədə min manat verdi, üzr istəmək də qalmışdı... Etdiyi əməl ucbatından onun həbsini istəyəcəm. Cəzalandırmaq lazımdır. Olmaz belə...".
Qeyd edək ki, K.Abbasov bir neçə saat öncə Mehriban Xanlarovadan sosial şəbəkə vasitəsilə üzr istəyib:



Məsələ ilə bağlı K. Abbasovdan açıqlama aldıq. K. Abbasov açıqlamasında bildirib:
"O şəkil bütün saytlarda var. Niyə məhkəməyə verir ki ? Allah canını sağ etsin. Xəbərim yoxdur, yenidən məhkəməyə verməsindən ...".