SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » “Avroviziya” şərhçimiz bəlli oldu

“Avroviziya” şərhçimiz bəlli oldu

Tarix:

4-04-2024, 14:23

/ 1 003 dəfə oxundu.
“Avroviziya” şərhçimiz bəlli oldu

 “Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan builki şərhiçisinin kimliyi açıqlanıb.

Bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mətbuat xidməti məlumat yayıb.

Yarışmada şərhçi tanınmış televiziya və radio aparıcısı Nurlana Cəfərova olacaq. O, şounun bütün mərhələlərini İctimai Televiziyanın efirindən şərh edəcək

Xatırladaq ki, İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya-2024" mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-si və 9-u, final mərhələsi isə mayın 11-də baş tutacaq. Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək. Müsabiqədə Azərbaycanı “Özünlə apar” mahnısı ilə müğənni Fəxri İsmayılov - Fahree və muğam ifaçısı İlkin Dövlətov təmsil edəcəklər.

Şərhlər

XƏBƏR LENTİ