Kreml Puqaçova ilə bağlı açıqlama yaydı

Şou-Biznes / Mədəniyyət

 Müğənni Alla Puqaçovanın xarici agent kimi tanınması məsələsinə baxılması barədə heç nə bilmirəm.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Xeyr, düzünü desəm, bu barədə heç nə eşitməmişəm”, - o bildirib.

Qeyd edək ki, rusiyalı fəal Vitali Borodin Rusiya Baş Prokurorluğunun Alla Puqaçovanı xarici agent kimi tanıyacağını bildirib.