XalqXəbər.Az

Aybəniz Haşımova BNA-nı yıxıb-sürüdü

Aybəniz Haşımova BNA-nı yıxıb-sürüdü
12-10-2019, 18:37

Əməkdar artist Aybəniz Haşımova Bakı Nəqliyyat Agentliyi (BNA) ilə bağlı tənqidi fikirlər səsləndirib.

Xanım müğənni qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayevin onu aldadaraq bundan əvvəl yazdığı statusunu sildirdiyini qeyd edib A.Haşımovanın sözlərinə görə, ona qeyri-qanuni olaraq cərimə yazılıb və M.Ağayev də onu aldadıb: "O gün BNA haqqında yazdığım statusun paylaşımından dərhal sonra hörmətli Mais bəy mənə telefon edərək şikayətimlə maraqlandı. Mais bəyin məsələ ilə bağlı maraqlanacağına güvənərək statusun altında yazılan rəylər Mais bəyi narahat etdiyinə görə yazmış olduğum statusu pozdum. Sırf sizin öncədən də sevimli İTV-nin keçmiş əməkdaşı olduğunuz üçün sizə xatir pozdum.

İndi mənə göndərirlər videonu və baxıb görürəm ki, "İctimai" TV-də (3D verilişi – Red.) deyirsiniz ki, Aybəniz xanım yazmış olduğu statusunu yanıldığından sonra pozub. “Bravo” marketin qarşısında yazılan qeyri-qanuni cərimədən söhbət gedirdi və siz də dediniz ki, araşdırıb məsələyə aydınlıq gətirəcəksiniz. Məsələ 20 manat edilən cərimə dərdi deyil. Əgər “Bravo” marketin və yaxud digər marketlərin qarşısında maşın saxlamağa qadağanız varsa, onda zəhmət olmasa, bunu insanlara bildirmək lazımdır. İnsanlar da bilsin ki, “Bravo” marketdən alış-veriş etmək üçün yalnız taksi xidmətindən istifadə etməlidir, öz şəxsi maşınından yox.

O ki qaldı nümunə olmağa, siz deyəsən, məni indiyədək heç tanımamısınız. Ödəniş aparatı qoyulub “Favorit”, “Bravo” marketin qarşısında və daim ödənişi edib marketə daxil olur insanlar, evə çatmamış artıq BNA cəriməsi gəlir adamın telefonuna. Bunu necə başa düşək? O zaman əgər o yerlərdə qadağandırsa, maşın saxlamaq onda zəhmət olmasa, bununla bağlı bir işarə qoyulsun! İnsanlar da işini bilsin”.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bu məsələyə fikir bildirməyəcəyini və mövzunu uzatmaq istəmədiyini bildirdi.скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.