SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Elarizin başıbəlalı evi: “Satılmır ki, satılmır…” (FOTOLAR)

Elarizin başıbəlalı evi: “Satılmır ki, satılmır…” (FOTOLAR)

Tarix:

14-09-2019, 17:56

/ 2 347 dəfə oxundu.
Elarizin başıbəlalı evi: “Satılmır ki, satılmır…” (FOTOLAR)

Greencard” udaraq bir neçə ay əvvəl ailəsi ilə Amerika Birləşmiş Ştatlarına (ABŞ) köçən müğənni Elariz Məmmədoğlu dünən Bakıdakı evini satışa çıxarması ilə bağlı sosial şəbəkədə elan yerləşdirib. İfaçı Binə qəsəbəsində yerləşən sözügedən tikili üçün 25000 manat qiymət təyin edib.

"Yeni Sabah” bununla bağlı araşdırma apararaq evin olduğu əraziyə baş çəkib.

Məlum olub ki, E. Məmmədoğlu həmin evi əvvəllər də bir neçə dəfə satışa çıxarsa da, alan olmayıb. Bununla bağlı həmin evin yaxınlığında yaşayan sakinlərlə də söhbətləşdik. Oların iddiasına görə, Elariz bu evi 2013-cü ildə kiminçünsə tikdirib. Sakinlərin dediyinə görə, sonradan həmin adam evi bəyənməyib və evin təmiri yarımçıq qalıb. Başqa bir iddiaya görə isə ifaçı sözügedən evi ticarət məqsədi ilə tikdirib. "Bu ev də Elarizin başına bəla oldu, satılmır ki, satılmır…” – deyə sakinlər bildirib.

"Evin üzərinə yazılan, həmçinin E. Məmmədoğlunun keçən illki elanında qeyd olunan nömrələrlə əlaqə saxlamağa çalışdıq. Lakin həmin nömrələrin işləmədiyi məlum oldu. Müğənninin dünən İnstaqramdan paylaşdığı elanda yazılan nömrəyə isə zəng çatdı. Zəngimizə cavab verən bəy Elarizin dostu olduğunu və evin satılmasının ona tapşırıldığını dedi. O, bildirdi ki, 3 otağı olan ev hazırda təmirsizdir və 25 min manata satılır, lakin danışsaq, qiymətdə endirim də ola bilər”, - sayt yazır.
Həmin evin şəkillərini təqdim edirik.




Şərhlər

XƏBƏR LENTİ