SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Afət Telmanqızı Nəsimidən danışmaq üçün jurnalistdən min manat istədi

Afət Telmanqızı Nəsimidən danışmaq üçün jurnalistdən min manat istədi

Tarix:

10-09-2019, 17:32

/ 1 556 dəfə oxundu.
Afət Telmanqızı Nəsimidən danışmaq üçün jurnalistdən min manat istədi

Azərbaycan əsilli britaniyalı məşhur müğənni Sami Yusifin görkəmli şair, mütəfəkkir İmadəddin Nəsiminin "Sığmazam” qəzəli əsasında yeddi dəqiqəlik kompozisiyası böyük əks-səda doğurub.

Sosial şəbəkələrdə bu kompozisiyaya yüksək qiymət verənlər Nəsiminin "Sığmazam” qəzəlini təhrif edib, "Pəncu-şeş” hind mahnısıyla sintez edən Afət Fərmanqızını da "xatırlayıblar”. Sosial şəbəkə istifadəçiləri Fərmanqızının bu kompozisiyadan sonra xəcalət çəkməli olduğunu yazırlar.

İctimai reaksiyalarla bağlı Kult.az-ın sualını cavablandıran Afət Fərmanqızı deyib ki, o, mətbuata ödənişlə - 1000 manat müqabilində açıqlama verir.

Müğənni vurğulayıb ki, bu pulu nağd şəkildə aldıqdan sonra açıqlama verə bilər.

Qeyd edək ki, müğənni Afət Fərmanqızı İmadəddin Nəsiminin "Sığmazam” qəzəlini "Pəncu-şeş” hind mahnısı üzərində oxumuş, eyni zamanda, sözlərini də təhrif etmişdi.

Şərhlər

XƏBƏR LENTİ