XalqXəbər.Az

“Yaxşı ər olsaydı, evimdə oturardım”

yüklənir...
“Yaxşı ər olsaydı, evimdə oturardım”
4-06-2019, 15:33
yüklənir...

Müğənni Mətanət Əsədova ATV-də yayımlanan “Ulduzlu yayım” proqramında qonaq olarkən maraqlı açıqlamalar verib. Sənətçi verilişdə şəxsi həyatı barədə danışıb.

Mətanət qeyd edib ki, maddi problemlərinə görə bu sənətdən ayrıla bilmir: “Allah mənə səs, gözəl görünüş, yaxşı qəlb və ağıl verib. Fiziki cəhətdən qüsursuz insanam. Allah nə etməli idi, mükəmməl ər verməli idi? Yaxşı ər olsaydı, evimdə oturardım. Sonuncu dəfə mikrofonu sizin yanınızda əlimə götürəcəkdim, daha sonra bu sahə ilə vidalaşacaqdım. Problemlərimi həll etmək üçün oxuyuram. Qəşəng geyinib səhnəyə çıxmaqla insan xoşbəxt olmur. Bir damcı səsim tələbatımı həll edib. Oxumasam, acından ölərəm”.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.