SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » “Elzanın şeirlərini oxuyanda əylənirəm” - Günay

“Elzanın şeirlərini oxuyanda əylənirəm” - Günay

Tarix:

18-01-2017, 13:49

/ 2 010 dəfə oxundu.
“Elzanın şeirlərini oxuyanda əylənirəm” - Günay

"Yeni bir dəfilədə baş model kimi podiuma çıxacam. Çiğdəm Akın mənə açıq-saçıq, şəffaf geyimlər verir. Deyir ki, sən bunu çox yaxşı daşıyırsan. Paltarı daşımaq çox önəmlidir".

Bu sözləri Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva deyib.

"ARB TV"də yayımlanan "Türk şou-maqazin" verilişinin qonağı olan model transparan geyimlərindən söz açıb:

"Transparan geyimi hər kəs daşıya bilməz. Başqa modelyerlərlə işləyəndə elə olub ki, geyimin dizaynını bəyənməmişəm, dəyişməklərini istəmişəm. Amma Çiğdəm Akın və Yıldırım Mayrukla belə bir şey olmayıb. Seçimi onlara buraxıram".

Günay əməkdar artist Elza Seyidcahanın geyimlərindən danışıb. O bildirib ki, müğənninin stilinə heyrandır:

"Elza Seyidcahana bayılıram. Onun şeirləri, geyimləri mükəmməldir. Onun şeirləri tam olaraq yadımda deyil, amma oxuyanda bəziləri var ki, əylənirəm. Tünzalə Ağayevanın, Miri Yusifin, Röyanın stilini bəyənirəm. Bəyənmədiklərim isə çoxdur. Allah onlara zövq yox, səs verib. Peşəkarlardan dəstək ala bilərlər. İnsan içinə çıxırlarsa, normal geyinməlidirlər".

Şərhlər

XƏBƏR LENTİ