SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » “İntihar edə bilərəm” - Fərda

“İntihar edə bilərəm” - Fərda

Tarix:

24-04-2019, 13:41

/ 1 182 dəfə oxundu.
“İntihar edə bilərəm” - Fərda

Aktyor Fərda Xudaverdiyev “Hər şey daxil” proqramında qonaq olub.

O, sənətdən getməsi ilə bağlı paylaşdığı videonun səbəbini açıqlayıb.

“Mən bu sənətlə nəfəs alıram. Arada oxuyuram, deyirlər ki, Fərda müğənni olacaq. Qorxmayın, Fərda müğənni olan deyil. Sadəcə, həvəsdir, istəyirsən, yenilik edəsən. Sənətdən getmək, mənim üçün özündən getməkdir.

İki günün içində depresiyaya düşdüm. Sonda dedim ki, bəsdir daha. Bunun iki yolu var idi: ya intihar etməliydim, ya da belə. İntihar edə bilərəm, özü də dəf kimi. Problemlər həll olundu, hətta bilet sifariş edib, ölkədən gedirdim. Hər şey dost kimi yoluna qoyuldu” deyə, aktyor söyləyib.

Şərhlər

XƏBƏR LENTİ