XalqXəbər.Az

“Onu o qədər sevirəm ki...” - Sevda Ələkbərzadə

“Onu o qədər sevirəm ki...” - Sevda Ələkbərzadə
3-03-2017, 17:20

"Şou məkan" verilişinin növbəti qonağı əməkdar artist Sevda Ələkbərzadə olub

Məlumata görə, müğənni yeni ifa etdiyi "Sən yadıma düşəndə" mahnısından danışıb:

"Əslində mahnı özü yeni deyil, mənim ifamda yenidir. Hiss edirəm ki, mənim ifamda yeni bir həyat tapacaq. Mahnı bir neçə gündür ki, çıxıb. Artıq ajiotaj hiss edirəm. Bu mahnı Elmira Rəhimovanın repertuarındandır.

Bu təklifi dostum irəli sürdü ki, bəlkə, ifa edəsən? Düşündüm ki, yox. Çünki bir çoxları ifa edib. Mənsə mahnı seçəndə çoxdan ifa olunmayanlarını seçirəm. Dostum dedi ki, sənin ifanda bu mahnı tamam başqa cür səslənəcək.

Yəqin ki, çoxları bu mahnını eşidib. Mən bu mahnını Elmira xanımın ifasında eşidib sevmişəm. O qadını o qədər sevirəm ki... Onun ifasına, ürəyinə heyranam. Elmira xanıma deyəndə sevindi.

Başqalarının nə deməsi məni maraqlandırmır, bu barədə düşünmürəm. Öz işimi görürəm, sənətimlə məşğulam".скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.