SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Tolikdən Əli Həsənova dəstək: “Millət vəkillərindən də əsgərliyə getməyənlər var”

Tolikdən Əli Həsənova dəstək: “Millət vəkillərindən də əsgərliyə getməyənlər var”

Tarix:

3-03-2017, 15:13

/ 2 367 dəfə oxundu.
Tolikdən Əli Həsənova dəstək: “Millət vəkillərindən də əsgərliyə getməyənlər var”

“Mən Əli Həsənovun bu fikirinə görə dəstəkləyirəm.”

Buna açıqlamasında tanınmış prodüsser Tolik (Tarix Əliyev) baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun “hərbi xidmətdə olmayan və fərarilik edənlərə qız verməyin” fikirinə münasibətində deyib. Tolik özünün də hərbi xidmətdə olmadığını vurğulayıb:

“Əli müəllim yaşda məndən böyükdür, məncə düz deyir. Sovet vaxtı oğlan evinin nəyinə üstünlük verirdilər? Oğlanın evi, diplomu var, işləyir, vəssalam, deməli ona qız vermək olar. İndi hərbi xidmət gündəmə gəlib. Deyirlər ki, əsgərlikdə olmayana qız verməsinlər. Məsələn, mən əsgərlikdə olmamışam, bəzilər kimi yararsız deyiləm. Onlar yalandan 9B alıblar, məndə isə yazılıb ki, sülh vaxtı hərbiyə yararsız, müharibə vaxti yararlı…Bilmirəm, bu nə maddədir. 37 yaşım var, daha mənim əsgərlik vaxtım gedib. Sabah desələr ki, hamı əsgər gedir, mən də gedəcəm. Bəziləri kimi qaçmayacam.”

Tolik qeyd edib ki, əsgərlik kişi məktəbidir: “Hərbi xidmətə getməyənlərdən söz düşən kimi hamının yadına şou-biznes düşür. Amma millət vəkillərindən də əsgərliyə getməyənlər var. Biz bunu hamıya şamil edə bilmərik. Elə adam var ki, həqiqətən də xəstədir, elələri də var ki, ayağının altı düzdür. Bəzilərinin çəkisi 57 deyil, bəziləri isə evin tək oğludur. Belə əlamətləri olanları əsgər aparmırlar. Bu doğru yanaşma deyil, əgər sağlamdırsa, nə onun çəkisinə baxsınlar, nə də ayağının altına. Qanunları dəyişdirsinlər.”

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf konsepsiyası” adlı layihənin təqdimatında məcburi köçkün ailələriniə müraciət edib. O, vətəndaşları hərbi xidmətə getməyən oğlanlara qız verməməyə səsləyib.

AzNews

Şərhlər

XƏBƏR LENTİ