SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Əli Mirəliyev İlhamənin sənədlərini evində gizlədib: “Bunu heç kim bilmir”

Əli Mirəliyev İlhamənin sənədlərini evində gizlədib: “Bunu heç kim bilmir”

Tarix:

6-02-2018, 15:58

/ 1 690 dəfə oxundu.
Əli Mirəliyev İlhamənin sənədlərini evində gizlədib: “Bunu heç kim bilmir”

Müğənni Əli Mirəliyev mərhum xalq artisti İlhamə Quliyeva ilə bağlı maraqlı açıqlama verib.
Yenicag.az-a danışan Ə. Mirəliyev primadonnanın şəxsi sənədlərini evində saxladığını bildirib:
“İlhamə Quliyeva nəinki məni çox istəyirdi, həm də mənə etibar edirdi. Sağlığında bütün sənədlərini mənə vermişdi. Çoxları onunla malına-puluna görə yaxınlıq edirdi, amma qızım, mən ondan heç nə ummurdum. Bu gün də onun xarici pasportu, şəxsiyyət vəsiqəsi və bəzi sənədləri məndədir, onları yadigar kimi saxlayıram. Bunu indi sizə deyirəm, heç qohumları da bilmir. Mən ona qohum yox, qardaş, əziz dost olmuşam. Qızımı da çox istəyib, bir sözünü iki etməyib. İlhamə dayısıoğlu Eldarla uzun müddət küsülü olub. Onları qızım Samirə barışdırıb. İlhamə Mərkəzi Neftçilər Xəstəxanasında ürəyindən əməliyyat olunmuşdu. Qızım həmin vaxt onunla dayısıoğlunu barışdırdı. İnanmırsınız, özündən də soruşa bilərsiniz. Öləndən sonra çoxlarının ortalığa düşüb, özünü İlhamənin yaxını kimi göstərməyi ilə deyil e, Allah şahiddir ki, o məni və qızımı nə qədər çox istəyib”.

Şərhlər

XƏBƏR LENTİ