SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Nadir Qafarzadədən həmkarlarına ismarıc: Sizin zibillərinizin üstü açılsa...

Nadir Qafarzadədən həmkarlarına ismarıc: Sizin zibillərinizin üstü açılsa...

Tarix:

20-12-2017, 17:19

/ 1 547 dəfə oxundu.
Nadir Qafarzadədən həmkarlarına ismarıc: Sizin zibillərinizin üstü açılsa...

Məşhur müğənni Nadir Qafarzadə arxasınca danışan həmkarlarına sosial şəbəkə vasitəsilə ismarıc göndərib.

İfaçı şou-biznes əhlini onunla davranışda ehtiyatlı olmağa çağırıb.

“Bəzilərinə demək istəyirəm ki, birdən mənə qarşı çaşarsınız! Bir kəlməmlə Azərbaycandan baş götürüb getməyə məcbur olarsınız. Şou-biznes əhli, mən arxivəm, ehtiyatlı olun. Mən kəsəndə dibindən kəsmirəm, kökündən çıxarıram.

Mənə el arasında “Arxiv Nadir” deyirlər, köhnələrdənəm. Artıq bir neçəsi hazırlaşsın. Çamadanlarını yığa bilər... Bəziləri özlərini kimsə saymağa başlayıblar. Sizin zibillərinizin üstü açılsa... Şou-biznes alverçiləri, özünüzü yığışdırın. Məndə “tormoz” tutmur, gəldi, açılacaq və hər şey bitəcək. O anda sizin güvəndiyiniz “daydaylar”, “əmiciklər”, “hacıleyləklər” də sizə kömək edə bilməyəcəklər. Çünki onlar da zibilə düşmək istəməzlər”, - deyə o yazıb.

Şərhlər

XƏBƏR LENTİ