SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Tanınmış reper Elşad Xose barəsində cinayət işi başlanıb - RƏSMİ

Tanınmış reper Elşad Xose barəsində cinayət işi başlanıb - RƏSMİ

Tarix:

28-10-2017, 12:00

/ 93 377 dəfə oxundu.
Tanınmış reper Elşad Xose barəsində cinayət işi başlanıb - RƏSMİ

Tanınmış reper Elşad Xosenin polis tərəfindən saxlanılması rəsmən təsdiqlənib.

Bu barədə KİV-də gedən məlumatlarla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə qeyd edib ki, oktyabrın 27-də Bakı şəhər sakini Oksana Rəsulova Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək həmin gün saat 01.00 radələrində yaşadığı evdə keçmiş həyat yoldaşı, əvvəllər məhkum olunmuş Elşad Əliyev (Elşad Xose) tərəfindən xuliqanlıq zəminində döyüldüyünü və bıçaqla hədələndiyini deyib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, polis əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib və E. Əliyev saxlanılaraq istintaqa cəlb olunub.

İstintaq orqanı tərəfindən hər iki şəxsin ifadələri alınıb, müvafiq ekspertizalar təyin olunub.

Məhkəmə tibbi ekspertizası tərəfindən O. Rəsulovanın aldığı xəsarətin yüngül dərəcəli olduğu müəyyənləşib.

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

11:25

Dünən keçmiş həyat yoldaşı Oksana Rəsulovanın şikayəti əsasında Elşad Əliyev (Xose) hazırda Binəqədi rayon Polis İdarəsindədir.

Binəqədi rayon Polis İdarəsindən qafqazinfo-ya Elşad Xosenin hazırda idarədə saxlandığı təsdiqlənib və bildirilib ki, reper gecəni orada keçirib. Bu gün izahatı alındıqdan sonra Xosenin sərbəst buraxılacağı gözlənilir.

Qeyd edək ki, Xosenin saxlanılmasına səbəb eks-xanımı Oksananın ondan şikayətçi olmasıdır.

Maraqlıdır ki, O. Rəsulova məlumatdan xəbərsiz olduğunu və belə bir hadisənin baş vermədiyini deyib.

Reperlə əlaqə yaratmaq mümkün olmayıb, onun telefonuna zəng çatmayıb.

Şərhlər

XƏBƏR LENTİ