SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Ayan 14 yaşlı hamilə qızdan yazdı: "Kişi istəsə qadını mələk də, fahişə də edər"

Ayan 14 yaşlı hamilə qızdan yazdı: "Kişi istəsə qadını mələk də, fahişə də edər"

Tarix:

2-02-2017, 23:03

/ 2 793 dəfə oxundu.
Ayan 14 yaşlı hamilə qızdan yazdı: "Kişi istəsə qadını mələk də, fahişə də edər"

Tanınmış müğənni Ayan Babakişiyeva 14 yaşında qoşulub, qaçan və 6 aylıq hamilə olan qızı atan sevgilini tənqid edib.

İfaçı qızı günahlandıran şəxslərə səslənib:

“6 aylıq hamilə olan yeniyetmə qız haqda sosial şəbəkədə məlumatlar paylaşılıb. Hamı yazıb ki, kül sənin qız başına. O qızı təhqir ediblər. O 14 yaşındadır, onu qaçıran namussuz qızdan 13 yaş böyükdür. Bu, bilmir ki, ən böyük günahı boynuna alıb? Birincisi qız təmiz, saf olub, ikincisi hamilə qadını tək qoymaq nakişilik, vicdansızlıq və insan adına layiq olmayan bir hərəkətdir. Görəsən,həmişə niyə qadınlar, qızlar qınaq atəşinə tutulur? Kişi istəsə, qadını mələk də, fahişə də edər. O qızcığazı qınayanların çoxu qadınlardır. Bir özünüzü onun yerinə qoyun, burada deməyin ki, mən elə şey etməzdim, tərbiyəli qadınam. Sabah başımıza nəyin gələcəyini bir Allah bilir. Sahiblənməyi bacaraq, onsuz da baltalamaq asandır. Unutmayın ki, kimdə nə yoxdursa, ondan danışır”.

Qeyd edək ki, ötən gün “Xəzər TV”də yayımlanmış "Bizə danış" verilişində yeniyetmə qız 14 yaşında qoşulub, qaçdığını və 6 aylıq hamilə olmasına rəğmən, oğlanın ailəsi tərəfindən evdən atıldığını bildirib. Özündən 13 yaş böyük oğlana qoşulub, qaçan yeniyetmə Xoşqədəm Hidayətqızından kömək istəyib.

Şərhlər

XƏBƏR LENTİ