SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » “Hər kəsin öz qiyməti var”

“Hər kəsin öz qiyməti var”

Tarix:

2-02-2017, 12:39

/ 1 961 dəfə oxundu.
“Hər kəsin öz qiyməti var”

"Məşhur telefon markalarından birinin siması olmuşam. Ayın 3-ü çəkilişlərə başlayırıq"

Bu sözləri açıqlamasında Sevda Yəhyayeva deyib.

Müğənni bu günə kimi 16 şirkətin siması olduğunu söyləyib:

"Bu vaxta kimi 16 şirkətin siması olmuşam. Bura restoran, saç boyaları, gözəllik salonu və s. misal çəkə bilərik. 7 ildir ki, bir salonun simasıyam, hər şey pulsuzdur. Hər kəsin öz qiyməti var, müğənni statusuna görə qazanır. Mən bu gün qazancımdan çox razıyam".

Sevda "Sən olmasaydın" serialı barədə də açıqlama verib:

"Serial məni geriyə atmadı. Balansı saxlamağa çalışıram. Həm toya gedirəm, yaradıcılığımla məşğul oluram, həm də seriala çəkilirəm. Hər zaman bacarığıma inanmışam, aktrisa olmağı çox sevirəm. Öz işim müğənnilikdir, amma peşman deyiləm. Düzdür, çox yoruluram. Hamı mənə deyir ki, çox halsız görünürsən. Bu da işin çətinliyidir".

Şərhlər

XƏBƏR LENTİ