SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Qatıq yeməyin faydaları

Qatıq yeməyin faydaları

Tarix:

25-01-2017, 17:44

/ 3 060 dəfə oxundu.
Qatıq yeməyin faydaları

Xarici KİV-ə istinadən hər gün qatıq yeməyin faydalarını təqdim edirik:

1. Çəkiniz azala bilər - qatığın tərkibi proteinlə zəngin olduğuna görə, o, bədəndə olan artıq piylərin əriməsinə yardım edir. Qatıq insanı uzun müddət tox tutur, onun şirniyyata olan həvəsini azaldır və iştahanı azaldır.

2. Dişləriniz sağlam olar - tərkibində olan protein və kalisum sayəsində gündəlik qatıq yeyən adamın dişləri sağlam olur.

3. Həzm sisteminiz normaya düşər - qatıq həzm prosesini sürətləndirərək qəbizliyi aradan qaldırır. Hər axşam yatmazdan əvvəl bir stəkan qatıq içmək bağırsağın işini sürətləndirir.

4. Göbələklərə qarşı təsir edər - qatıq təbii bir göbələk dərmanıdır. Belə ki, qatıq göbələk səbəbli meydana gələn mədə-bağırsaq xəstəliklərinin aradan qalxmasına səbəb olur. Hər gün sarımsaq qatılmış qatıq yemək vaginal göbələklərin miqdarının azlmasına və məhvinə səbəb olur.

Şərhlər

XƏBƏR LENTİ