SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Hamilələrə XƏBƏRDARLIQ: bu qidalar düşmə təhlükəsi yaradır

Hamilələrə XƏBƏRDARLIQ: bu qidalar düşmə təhlükəsi yaradır

Tarix:

24-01-2017, 11:48

/ 1 712 dəfə oxundu.
Hamilələrə XƏBƏRDARLIQ: bu qidalar düşmə təhlükəsi yaradır

Bəzi qidalardakı bakteriyalar ana bətnində dölə çataraq uşağın düşməsinə səbəb ola bilir. Ona görə də hamilə qadınlar həmin qidalardan uzaq durmalıdırlar. Düşməyə və erkən doğuşa səbəb olan təhlükəli qidalarla sizi də tanış edir.

İşlənmiş ət

Kolbasa, sosiska kimi işlənmiş ətlərdə listeria bakteriyası var. Listeria plasentadan keçib körpəyə çataraq, infeksiyaya və qan zəhərlənməsinə səbəb ola bilər. Bu da düşmə ilə nəticələnə bilər. Üzərində "bişmiş" yazılsa belə, işlənmiş ətləri yeməzdən əvvəl yüksək dərəcədə bişirmək lazımdır.

Hisə verilmiş dəniz məhsulları

İşlənmiş ətlər kimi, dondurulmuş və ya hisə verilmiş ətlər də listeria ehtiva etdiyi üçün uzaq durmaq lazımdır.

Yumşaq pendirlər

Qaymaq və yumşaq pendirlər kimi pasterizə edilməmiş süddən hazırlanan pendirlər E.coli bakteriyası, listeria, salmonella və kampilobakter kimi bakteriyalar ehtiva etdiyi üçün hamilələrə tövsiyə olunmur.

Çiy ət, qabıqlı dəniz məhsulları və çiy yumurta

Çiy dəniz məhsulları, az bişmiş, çiy ətlər koliform, salmonella və toksoplazmoz bakteriyası riski daşıdığı üçün düşməyə səbəb ola bilər. Mayonez və qaymaq ​​kimi çiy yumurtayla hazırlanan yeməklər də böyük risk daşıyıcılarıdır.

Spirtli içkilər

Hamiləlikdə spirtli içki içmək spirt sindromu və digər inkişaf pozuqluqlarına yol aça bilər.

Şərhlər

XƏBƏR LENTİ