SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » 7000 araşdırma təsdiq etdi – Sarıkök həyatı xilas edir!

7000 araşdırma təsdiq etdi – Sarıkök həyatı xilas edir!

Tarix:

26-04-2017, 12:56

/ 77 373 dəfə oxundu.
7000 araşdırma təsdiq etdi – Sarıkök həyatı xilas edir!

Əfsanəyə görə, İsa doğulduğu gün gətirilən hədiyyələr arasında qızıl da var imiş. Bəzi tarixçilər yazır ki, həmin qızıl deyəndə sarıkök nəzərdə tutulurmuş. Adı müqəddəs “İncil”də də keçən bu sarı ədviyyatın keçmişdən ta indiyədək bilinən faydaları saymaqla bitmir. Ta qədimdə krallar zəhərləndiyi zaman sarıkökdən zəhər əleyhinə istifadə edilirmiş. Qədimdən bəri təbii bir müalicə üsulu olaraq istifadə edilən sarıkökün xeyirlərini müasir tibb hələ indi kəşf edib.

Təqdim etdiyimzi bu yazıda sarıkökün inanılmaz faydaları haqqında məlumat əldə edəcəksiniz.

Sarıkök bir çox faydası olan çox güclü ədviyyatdır. Viruslarla, bakteriyalarla, mikroblarla, xərçənglə və sinir sistemində yarana biləcək problemlərlə mübarizə edə biləcək güclü xüsusiyyətlərə malikdir.

Sarıkök iltihabları yüngülləşdirir. Bir çox xəstəlik iltihablı olduğundan və sarıkökün də çox güclü antibakteriyal xüsusiyyətləri olduğundan iltihablı xəstəliklərin müalicəsində sarıkökdən istifadə etmək məsləhətdir.

Sarıkök zehni artırır. Sinir sistemi xəstəliklərində, epilepsiya, depressiya, alsheymer və bu kimi problemlərin müalicəsində yardımcı xüsusiyyətlərə malikdir.

Sarıkök bağırsaqlara çox faydalıdır və tərkibindəki elemetlər bakteriya tarazlığını təmin edir.

Sarıkökdən praktiki üsullarla hazırlanmış bir neçə müalicəvi resepti də təqdim edirik:

Sarıköklü meyvə suyu

Hazırlanması üçün lazım olanlar: dəniz duzu, yarım limon, 1 qaşıq sarıkök. Bunları qarışdırıb təzə-təzə için.

Sarıköklü çay

Lazım olanlar: yarım çay qaşığı rəndələnmiş təzə sarıkök, bir stəkan isti su, bal, istiot.
Hazırlanması: suyu qaynadın, sarıkökü içinə töküb 5 dəqiqə daha qaynadın. Sonra qarışığı süzüb digər ləvazimatları suya qataraq çayınızı nuş edin.

Sarıkök şorbası

Lazım olanlar: 4 su stəkanı sümük və ya tərəvəz suyu, kəsilmiş və ya rəndələnmiş təzə sarıkök (1 fındıq böyüklüyündə).
Hazırlanma qaydası: Sarıkökü sümük və ya tərəvəz suyunda 15 dəqiqə yavaş-yavaş qaynadın, sonra suyu süzün. Bir az istiot əlavə edin və şorbanız hazırdı.

Sarıköklü yumurta

Bişirdiyiniz yumurtanın üstünə bir az sarıkök səpin.

Qızıl süd

Əgər bir şey hazırlamağa vaxtım yoxdur deyirsinizsə, 1 stəkan ilıq hindistan qozunun südünə 1 çay qaşığı sarıkök tozu əlavə edin. Əgər vaxtınız varsa aşağıdakı respeti hazırlaya bilərsiniz:
Lazım olanlar: 1 stəkan badam südü və ya hindistan qozunun südü, 1/4 stəkan su, 1 çay qaşığı təzə rəndələnmiş və ya toz sarıkök, 1/4 çay qaşığı təzə rəndələnmiş və ya toz zəncəfil, 1/4 çay qaşığı vanil, bir çimdik hil, bir çimdik darçın, bir mixək, 2 çay qaşığı təbii bal.
Hazırlanma qaydası: Bütün ləvazimatları bir qaba qoyub 1 dəqiqə ərzində qaynadın və içkiniz hazırdır.
Lazım olanlar: 2 yemək qaşığı hindqozu tozu, 1,5 su stəkanı ananas, yarım su stəkanı badam südü və ya hindistan qozu südü, 1 çay qaşığı təzə və ya toz sarıkök, 1 çimdik istiot.
Hazırlanma qaydası: Bütün ləvazimatları blendırda qarışdırın və smoothienin dadını çıxarın.

Sarıköklü qatıq

1 çay qaşığı sarıkökü qatığa əlavə edərək için!

moderator

Şərhlər

XƏBƏR LENTİ